Əhməd İsmayılov: “Media haqqında” yeni qanun layihəsi yekunlaşmaq üzrədir"

MEDİA 13 okt 2021, 15:46
“Azərbaycanın tarixi qələbəsi regionda yeni reallıqlar yaradıb. Ölkəmizin yaratdığı reallıqların olduğu kimi dünya ictimaiyyətinə çatdırılması medianın üzərinə düşür”.

Demokrat.az xəbər verir ki, bu fikirləri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, “Media haqqında” yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir: “Qanun layihəsi bundan sonra isə aidiyyəti üzrə təqdim ediləcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top