Ramiz Mehdiyev AMEA-da üç direktoru vəzifəsindən azad etdi

HADİSƏ 01 okt 2021, 23:01
Bu gün Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda üç institut direktorunun vəzifəsindən azad olunması elan edilib.

Demokrat.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad olunublar.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə edilib.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top