“Saakaşvili Qaçaq Nəbi kimi gizlənəcək, yoxsa Pənah Hüseyn kimi başına parik taxacaq?”

SİYASƏT 01 okt 2021, 16:43
“Təssüf ki, nə Gürcüstan hakimiyyəti, nə də Mixeil Saakaşvili özünə heç hörmət etmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi analitik Zərdüşt Əlizadə bildirib.
 
O, Mixeil Saakaşvilinin Gürcüstana qayıdışı məsələsini şərh edərkən qeyd edib:

“Əgər Gürcüstan hakimiyyəti özünə hörmət etsəydi, Gürcüstanı ağır böhrandan çıxarmış, gürcü dövləti və xalqı qarşısında böyük xidmətləri olmuş dövlət xadimini, adam balası kimi öz ölkəsinə qayıtmasına imkan verərdi. Onlar öz vəzifələrini gürcü xalqı və dövlətindən daha çox sevdikləri üçün Saakaşviliyə qayıtmağa icazə vermirlər. O isə bu acı həqiqətlə razılaşıb və uzun müddət Ukraynada qalıb. O, sonralar Ukrayna prezidenti Volodimir Zelinskinin islahat komissiyasının sədri kimi işləmək əvəzinə, qeyr-rəsmi olaraq gizli yollarla Gürcüstana qayıtıb. Bu nə deməkdir? Bu o deməkdir ki, gürcü xalqının gələcəyini kimsə düşünmür”.
Zərdüşt Əlizadə Gürcüstandakı siyasi vəziyyəti də analiz edib:

“Hərçənd bütün Qafqaz onlara həsrət aparır ki, demokratiya qurublar, islahatlar həyata keçiriblər və s. amma siyasi mədəniyyət baxımından Afrika səviyyəsindədirlər. Qaldı ki Saakaşvili qayıdandan sonra necə üzə çıxacaq, tutacaqlar, ya tutmayacaqlara, yəni Qaçaq Nəbi kimi dağlarda gizlənəcək, at çapacaq, maşında gizlənəcək, yoxsa Pənah Hüseyn kimi başına parik taxacaq… Bilinmir… Yalnız o bilinir ki, Saakaşvili deyib ki, mən qayıtmışam, deməli o həqiqətən də qayıdıb. Haradasa qeyri-leqal şəkildə Gürcüstanın ərazisindədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top