Qubada axundu intim görüntüləri ilə şantaj edənlərə ağır cəza verildi — Hökm

KRİMİNAL 01 okt 2021, 14:22
Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə keçmiş nümayəndəsi, axund Elnur Əfəndiyevi intim görüntüləri şantaj edən Nübar İsazadə və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Nübar İsazadə 10 il, İftixar Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. İtttihama görə, Nübar İsazadə Elnur Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. Nübar İsazadə işlədiyi elektronika mağazasının müdiri İftixae Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb.

Daha sonra Nübar İsazadə və İftixar Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat pul tələb ediblər. Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunublar.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top