"Şəhid ailələri, qazilərin pensiyası və müalicəsi ilə bağlı problemin həllinə diqqət artırılmalıdır" — Deputat

SOSİAL 30 sen 2021, 21:09
“Büdcə xərcləmələrinə və onun nəticəliliyinə parlament nəzarəti gücləndirilməlidir"
 
Bunu millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Milli Məclisin 30 sentyabr tarixli iclasında çıxış edərkən bildirib.
 
Əli Məsimli bildirib ki,Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair Milli Prrioritetlər və orada qoyulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın,sosial ədalətə əsaslanan cəmiyyətin yaradılması,rəqabətli insan kapitalının formalaşdırlması və sair bu kimi dəqiq və vacib  hədəflər digər şərtlərlə yanaşı həm də inkiafın generatoru olan rəqabət məsələsinə diqqətin artırılmasını və  Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi obyektiv zərurtə çevirib. Bu Məcəllənin bundan sonra da qəbulunun ləngidilməsi qeyri-neft sektorunun sosial-iqtisadi inkişafın güclü drayverinə çevrilmsinə çox ciddi mənfi təsir edəcək.Ona görə də Rəqabət Məcəlləsi tezliklə qəbul edilməlidir.
 
Əli Məsimli xüsusi qeyd etdi ki, payız sessiyaları daha çox büdcə müzakirələri ilə yadda qalır. Yeni inkişaf mərhələsinin çağırışları büdcə zərfinə daxil olan layihələrə  daha dərin və ciddi yanaşılmasını tələb edir. Bu baxımdan dövlət büdcəsinin formalaşdırılmasında Milli Məclisin daha geniş iştirakını, xərclərə nəzarətdə hesabatllığın genişləndirilməsini vacib sayırıq. Eyni zamanda  büdcə xərcləmələrinə və onun nəticəliliyinə parlament nəzarətinin gücləndirilməsinin ən təsirli mexanizmi kimi Büdcə Məcəlləsinin tezliklə qəbul edilməsini, eləcə də Hesablama Palatası haqqında qanunda nəticəliliyə nəzarətin gücləndirilməsinə xidmət edən  geniş planda dəyişikliklərin edilməsini vacib sayırıq. 
 
Əli Məsimli qeyd edib ki, biz yeni - postpandemiya və postkonflikt mərhələsinə keçmişik. Bunların hər birinin öz problemləri var: müharibənin öz spesifik məqamları olduğu kimi, postkonflikt dövrünün də öz problemləri, pandemiyanın öz,postpandemiya dövrünün isə öz problemləri var. Əli Məsimli bu kontekstdə hesab edir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair Milli Prrioritetlərdəki  sosial ədalətə əsaslanan cəmiyyətin yaradılması hədəfinə nail olmaqdan ötrü, islahatların geniçləndirilməsi və dərinləşdirilməsi və digər şərtlərlə yanaşı, həm də sosial proseslərin tənzimlənməsinə dair normativ-hüquqi aktların xeyli hissəsinin, o cümələdən “Yaşayş minimumu haqqında” qanunun yeni dövrün tələblərinə uyğun yenidən işlənilməsi çox vacibdir. Büdcədə şəhid ailələri və qazilərin problemlərinin həllinə diqqət artırılmalıdır. Qazilərin pensiyası, müalicəsi ilə bağlı problemlər var. Bu problemlərə daha çox diqqət yetirmək lazımdır. Zəfər Gününədək qazilərlə bağlı problemlərin həllində ciddi irəliləyişlərə nail olmaq istiqamətində zəruri addımlar arılması ilə yanaşı, həm də sözügedən problemlərin həllinin hüquqi bazasının yaradlması sahəsində də  müvafiq qanunlara zəruri dəyişikliklərin edilməsi çox lazımdır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top