Bugünkü izdiham yoluxma sayını artıracaq?— AÇIQLAMA

SOSİAL 29 sen 2021, 16:25
Məlumdur ki, bu gün bütün ali məktəblərdə ilk dərs günü idi. Bir il altı aydan sonra ilk dəfə bütün tələbələr əyani formada dərsə gedə bildi.

Bu, bir tərəfdən tələbələri sevindirsə də, digər tərəfdən böyük narahatlığa səbəb olub. Çünki avtobus, metro, xüsusilə də universitetlərin girişində böyük tələbə izdihamı yaranıb. Pandemiya şəraitinə uyğun olaraq tələbələri virusa yoluxmaqdan qorumaq üçün maska, ara məsafəsi və COVİD-19 pasportu tələb olunsa da, təəssüf ki, universitetlərdə bu qaydalara tam olaraq riyaət etmək mümkün olmayıb.

Bəs bu izdiham koronavirusa yoluxanların sayının artmasına səbəb ola bilər?

Mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Bakıvaxtı.az-a danışıb:

"Bu gün universitetlərin girişində böyük izdiham yaşandığını müşahidə etdik. Çünki tələbələrdə COVİD-19 pasportunun olub olmaması yoxlanılır. Bu da çox sayda tələbənin növbədə gözləməsinə səbəb olub. Təbii ki, COVİD-19 pasportu yoxlanmalıdır, bu operativ qərargahın qərarıdır. Tələbələr də bunu anlamalı, maska taxmalı və sosial məsafə saxlamalıdırlar. Ancaq görürük ki, bu gün tələbələr qaydalara riyaət etməyib. Ona görə də, bugünkü tələbə izdihamının yoluxmaların artmasına səbəb olacağanı hesab edirəm".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top