Məhkəmədə Elmar Məmmədyarovun adı çəkildi: “Səlim dedi ki, nazir ona tapşırıq verib”

HADİSƏ 22 sen 2021, 16:40
Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Asif Ağayev ifadə verib. 

O bildirib ki, Səlim Əlizadə ilə tanışlıqları olub: “Bizim “Ofis Aləmi” adlı dəftərxana mallarının satışı ilə bağlı mağazamız var idi. Səlim müəllimlə oradan tanışılığımız yaranıb. Bizdən mallar alırdı. Malları bəzən nisyə götürürdü. Sonradan pulunu ödəyirdi. 

Şahidin sözlərinə görə, Səlim Məmmədov 2020-ci ildə nazirliklə müqavilə bağlamaqlarını istəyib: “Biz müqavilələr bağlandı. Pulu köçürmə ilə etməyə başladılar. Səlim dedi ki, nazir ona tapşırıq verib, bu səbəbdən ona pul lazımdır. Mənə dedi ki, şirkətinin adına pul köçürsünlər. Mən də həmin pulu çıxarıb, ona borc kimi verim. Nazirlik tərəfindən 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pulu da illik mallar verəcəkdik. Səlim xahiş etdi ki, pulu nağlaşdırıb ona borc kimi verim. 42841 manat pulu nağdlaşdırıb, ona borc kimi verdim”.

Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmə verdiyi ifadə arasında ziddiyət olub. Bu səbəbdən onun ifadəsi elan olunub.
 
İbtidai istintaqa ifadə verən şahidin sözlərinə görə, tender zamanı qalib olandan sonra Xarici İşlər Nazirliyi tərəfindən köçürülən pulun 68 min manat pul köçürülüb. O, da həmin pulu Səlim Məmmədova verib.

Daha sonra ifadə verən Ramil Hüseynov bildirib ki, dayısı arvadının adına şirkəti olub: "Salyanda dayım arvadı Sevda dialez xəstəsi idi. Məni adımı şirkətə xəzinadar kimi yazmışdılar. İki dəfə bankdan  pul götürmüşəm. Birində  129 min və digərində isə 97 min manat pul çıxardaraq Asif adlı şəxsə vermişəm. Onun müqabilində bizə 2500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. 800 manat pul dayımın xəstəliyinə xərclənib. Bir müddət sonra şirkəti bağlatdırdıq”.

Növbəti proses sentyabrın 29-da davam edəcək.

İttihama görə, Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq zamanı onların çoxsaylı qanunsuz əməllərə yol vermələri müəyyən edilib.

İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top