Bakıda gənc qız özünü dənizə atdı

HADİSƏ 20 sen 2021, 10:40
Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.

Demokrat.az xəbər verir ki, hadisə bulvarda baş verib.

1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dənizkənarında gəzərkən suya atıb.

R.Həsənova ətrafdakıların çağırışı nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları əraziyə gəlib. Qız sudan xilas edilərək Təcili Tibbi Təxirəsalımaz Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib.

Suda boğulma təhlükəsi ilə üzləşən qız 3 saylı şəhər xəstəxanaya çatdırılıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top