Əfqanıstanın şimal-qərbində gərginlik davam edir

DÜNYA 10 iyl 2021, 19:33
Əfqanıstanın Badğıs əyalətinin mərkəzi Qalayi-Nou şəhərində hərbçilərlə “Taliban” dəstələri arasında son 3 gün baş verən toqquşmalar zamanı mülki əhalidən 4 nəfər ölüb, 77 nəfər yaralanıb.

“Report” “1TV”yə istinadən xəbər verir ki, bu barədə yerli xəstəxanadan bildiriblər.

Bundan əvvəl hökumət ordusunun adıçəkilən şəhəri “Taliban” qüvvələrindən azad etmək üçün əməliyyata başladığı bildirilmişdi.

Xatırladaq ki, Əfqanıstanda ABŞ və Qərb ölkələrinin hərbi qüvvələri çıxarıldıqdan bu yana gərginlik xeyli artıb, bir sıra bölgələr “Taliban” hərəkatının nəzarəti altına keçib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top