Rusiya hərbi təyyarəsi mətbuat konfransını dayandırdı — Dövlət başçıları evakuasiya olundu (VİDEO)

DÜNYA 09 iyl 2021, 09:42
Litva prezidenti Gitanas Nauseda və İspaniya Baş naziri Pedro Sançezin “Siauliai” hərbi aviasiya bazasında təşkil etdikləri birgə mətbuat konfransı yarıda kəsilib.

Buna səbəb kimi Rusiyaya aid hərbi təyyarənin öncədən bildiriş etmədən Litva hava məkanına daxil olması göstərilib.

Belə ki, Litva dövlət başçısının çıxışı zamanı hərbi bazada hərəkətlilik yaşanıb. Pilotlar cəld qırıcılara minib, mühafizəçilərsə rəsmiləri təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşdırıblar.

İnsidentdən sonra Litva prezidenti Rusiyanı aqressiv siyasətdə ittiham edib. Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarəsinin digər ölkələrin hava məkanına daxil olmadan, beynəlxalq normalara uyğun şəkildə hərəkət etdiyini bildirib.(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top