Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytında qalır — FOTO

GÜNDƏM 20 oktyabr 2025, 09:07

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında müzakirələr davam edir.

Ötən həftəsonu ölkə meətbautı Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildiyi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı barədə fərman imzalandığı bildirilsə də, onun adı hələ də qurumun saytında qalır.

Belə ki, Təhlükəsizlik Şurasının saytında quumun üzvü olan 13 vəzifəli şəxsin siyahısında  Ramiz Ənvər oğlu Mehdiyavin də adı var.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top