Azərbaycanın Müstəqilliyin Bərpası Günü Bolnisidə qeyd olunub — FOTOLAR

SOSİAL 20 oktyabr 2025, 08:53
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra hər iki ölkənin müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Rezo Həsənov çıxışında qeyd edib ki, “18 oktyabr Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir. Bu gün dövlət müstəqilliyimizin bərpası və azad gələcəyimizin təməlidir. 2021-ci ildən etibarən bu gün Azərbaycanda ‘Müstəqilliyin Bərpası Günü’ kimi qeyd olunur.”

Daha sonra mərkəzin müdavimləri müstəqilliyin əhəmiyyəti və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi barədə fikirlərini bölüşüblər.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top