Ermənistanın müdafiə naziri Moskvaya zəng vurdu

DÜNYA 08 iyl 2021, 21:57
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutunyan və Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

Demokrat.az-ın xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədində yerləşən Qeqarkunik və Sünik bölgələrindəki vəziyyəti, həll yollarını, həmçinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasını müzakirə ediblər.

V. Arutunyan və V. Gerasimov Ermənistan-Rusiya hərbi əməkdaşlığının dərinləşməsinə yönələn ikitərəfli proqramları və addımları müzakirə etmək üçün yaxın günlərdə Ermənistana səfər edəcək Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə danışıqların gündəliyinə də toxunublar. /modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top