Rumıniyanın XİN başçısı: "Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır"

QARABAĞ 26 iyn 2021, 17:10
"Biz Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə dəstək verməkdə davam etməyə hazırıq".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müharibə zamanı bütün saxlanılan şəxslərin azad olunması və mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır:

"Biz etimadın qurulması və digər məsələlərin həlli ilə bağlı addımlara kömək və dəstək verməyə hazırıq".

XİN başçısı qeyd edib ki, Azərbaycan və Ermənistanın cəmiyyətləri arasında etimadın qurulması çoxlu səylər tələb edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top