Masazırda bir hektar ərazidə baş verən yanğın söndürüldü — RƏSMİ+YENİLƏNİB

HADİSƏ 24 iyun 2021, 20:11
Masazırda 1 ha ərazidə quru ot, qamışlıq, təkər tullantıları yanıb.

Demokrat.az-ın xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa zamanda yanğını söndürüblər.

19:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.


Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top