AVRO-2020: Niderlanddan maksimum nəticə, Avstriya 1/8 finalda

İDMAN 21 iyn 2021, 21:56
Avro-2020-nin C qrupunun oyunları başa çatıb. 

Demokrat.az
xəbər verir ki, əvvəlcədən 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Bununla da "zanbaqlar" maksimum nəticə ilə qrup lideri olub. Daha çox maraq kəsb edən matçda Avstriya Ukrayna üzərində 1:0 hesablı qələbə qazanıb və 2-ci yerin sahibi kimi adını 1/8 finala yazdırıb.

21 iyun
AVRO-2020
III tur

C qrupu
20:00. Ukrayna - Avstriya - 0:1
Qol
: Baumqartner, 21
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. “Nasional” stadionu

20:00. Şimali Makedoniya - Niderland - 0:3
Qollar:
Memfis Depay, 24, Veynaldum, 51, 58
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top