Azərbaycan millisinin oyunu koronavirus səbəbindən ləğv olundu

İDMAN 19 iyn 2021, 13:29
Kişi həndbolçulardan ibarət Azərbaycan yığmasının Andorra ilə oyunu ləğv olunub.

“IHF/EHF Trophy 2021” turnirində mübarizə aparan Vidadi Əliyevin yetirmələri cırtdan ölkə təmsilçisi ilə 5-ci yer uğrunda iki matç keçirməli idi.

Lakin bu qarşılaşmalardan biri ləğv edilib. Buna, andorralıların heyətində bir həndbolçununun koronavirusa yoluxması səbəb olub. Komanda isə karantinə alınıb.

Bu üzdən də təşkilatçılar qruplarında sonuncu yeri tutan yığmaların iki matçdan ibarət 5-cilik dueli ilə bağlı dəyişiklik edib. Qərara alınıb ki, Azərbaycanla Andorra iki deyil, bir görüşdə qüvvəsini sınasın. Dünənki matçın ləğvindən sonra 5-ci yerin taleyinə bu gün aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan yığması qrupda Gürcüstana 16:36, Moldovaya 16:28 hesabı ilə uduzub.(apasport.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top