İtkin düşən Ağdam sakini dronla axtarılır


HADİSƏ 15 iyn 2021, 16:31
Ağdam rayonunun itkin düşən sakinin axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyunun 8-də Ağdam rayon Seyidli kənd sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat daxil olduğu gündən etibarən Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən rayon ərazisində axtarış tədbirlərinə başlanılıb. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.

C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılır. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunur.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top