Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu 28% azalıb

DÜNYA 09 iyn 2021, 22:35
Bu ilin I rübündə Gürcüstan iqtisadiyyatına 125,4 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 % azdır.

Yanvar-martda Gürcüstanın əsas investorlarının ilk üçlüyünə Böyük Britaniya (88,4 milyon dollar), Rusiya (31,9 milyon dollar) və Türkiyə (24,5 milyon dollar) daxil olub.

Hesabat dövründə sərmayələrin böyük hissəsi maliyyə, energetika, istehsal, daşınmaz əmlak, sağlamlıq və sosial xidmətlər, mehmanxana və restoranlar, tikinti, kənd təsərrüfatı və balıqçılıq sahələrinə qoyulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top