Aydın Mirzəzadə: "Kitab oğurluğu oğurluq deyil" fikri kökündən səhvdir"

GÜNDƏM 08 iyn 2021, 16:41
"İki nəfər gəncin kitab mağazasından hərəsi bir kitab oğurlaması və onların tutulması xəbəri məni də çox narahat etdi" .

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Birincisi qeyd edim ki, istənilən oğurluğun əleyhinəyəm. "Kitab oğurluğu oğurluq deyil" fikri kökündən səhvdir və kitab sahiblərini bir qayda olaraq pis vəziyyətdə qoyur.

Ancaq bununla belə məsələlərə bir bir qədər fərqli baxmaq lazımdır. İnternet resurslarında satış yerlərinsə kiçik oğurluq edənlər tutulanda mal sahiblərinin onlara necə diqqətlə yanaşdıqları barədə çoxsaylı videofilmlər vardır. Bu kitab mağaza sahibi də onları tapdıraraq həmin kitabları onlara bağışlasa və hətta bir fincan çay ətrafında söhbət etsəydi, tamam başqa bir nəticə əldə etmək olardı.

Ən əsası həmin gənclər bir kitaba sığmayan bir həyat dərsi almış olardılar.

Həmin gənclərin xərclərini ödəməyə hazıram. Eyni zamanda əgər istəslər onlara şəxsi kitabxanamdan kitab bağışlamağa, istədikləri kitab məndə olmazsa onlara həmin kitab mağazasından həmin kitabı almağa söz verirəm.

İstəslər , sonra yaxınlıqdakı kafedə oturub, bir fincan çay ətrafında kitab və ədəbiyyat barədə söhbət də edə bilərik" - deputat qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top