Neft qiymətinin 50 dollardan aşağı düşməsi ehtimalı azdır — RUSİYADAN MÜSAHİBƏ

SƏNAYE VƏ ENERGETİKA 02 iyn 2021, 17:23
İranın neft naziri Bijen Namdar Zengene Tehranın gündəlik neft hasilatını kəskin şəkildə - 6,5 milyon barelə qədər (indiki göstəricinin iki qatı) artıra biləcəyini deyib. Bu vəziyyət ucuz İran neftinin qiymətləri aşağı salacağı barədə narahatlıqlara səbəb oldu. Bununla belə, bir barel neftin qiymətində ciddi sıçrayış olmayıb. Üstəlik neftin qiyməti 1 iyun 2019-cu ilin mayından bu yana ilk dəfə bir barel üçün 70 dolları keçib.

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəetmə Akademiyası Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiya kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka bununla bağlı Caliber.Az-a şərh verib.

Onun sözlərinə görə, bir barel neftin dəyərinin 50 dollardan aşağı düşməsi ehtimalı azdır.

“Aşağı qiymət istehsalçılar üçün sərfəli deyil, buna görə də onu saxlamağa çalışacaqlar. Daha yüksək qiyməti isə – bareli 60 dolları saxlamaq şist nefti səbəbindən çətin olacaq”, - deyə ekspert bildirib.

İqtisadçı qeyd edib ki, neft qiymətlərindən danışarkən az-çox dəqiq proqnozlar yalnız orta müddətli ola bilər:

“Ancaq qısa müddətdə neft qiyməti bir barel üçün 50-60 dollar dəhlizindən sıçraya bilər. Fevral ayından bəri neft qiymətlərində 60 dollardan çox artım qeydə alınıb, amma bu uzunmüddətli bir tendensiyaya çevriləcəyi bilinmir?”

Müsahib Azərbaycanın İranla neft-qaz sahəsində əməkdaşlığın gücləndirməsi məsələsinə də toxunub.

“İran indi ABŞ və digər ölkələrlə fəal əməkdaşlıq etməyə çalışır. Burada toksik bir şey yoxdur. Ancaq bunun nətəcəsi bilinmir. İran üçün şimal istiqaməti çox maraqlı deyil, Tehran üçün əsas istiqamət cənubdur. Ancaq İran və Azərbaycanın qarşılıqlı maraqları var, bunlar nəzərə alınmalı və təmas nöqtələri axtarılmalıdır”, - deyə Nikolay Kulbaka vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top