Azərbaycanda jurnalist və qızı avtomobil qəzasına düşdü — FOTOLAR

HADİSƏ 27 may 2021, 16:15
Tanınmış jurnalist Nigar Abbasova avtomobil qəzasına düşüb.

N.Abbasova “Report”a açıqlamasında bildirib ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb.

Onun sözlərinə görə, “Hyundai” markalı avtomobili ilə Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən “Hyundai Santafe” markalı maşın qəfil qarşısına çıxıb: “Qızımı imtahan verməsi üçün məktəbə aparırdım. Düz yolumla gedərkən göz görə-görə avtomobil üzərimizə gəldi. Həmin maşını da xanım sürürdü. O da idarəetməni itirib qarşıdakı ağaca çırpıldı”.

Qəza nəticəsində Nigar Abbasova ilə maşında olan 12 yaşlı qızı Nərmin müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Onlar hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Jurnalistin qızının qolu əzilib, özünün isə sinəsi və boynunda problemlər olub. Hazırda hər ikisi evdədirlər.

Hadisə yerinə yol polisi gəlib, faktla bağlı araşdırma aparılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top