Peyvənd olunanların sayı açıqlandı

SOSİAL 22 may 2021, 20:38
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 758 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 961 563, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 115 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846 519 təşkil edir.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top