Millimizin hücumçusu Ukraynada klubunu dəyişir

İDMAN 10 may 2021, 10:14
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukraynanın "Minay" klubundan ayrıla bilər.

"Report"un "Meta-ratings" nəşrinə isitnadən məlumatına görə, buna səbəb komandanın Premyer Liqanı tərk etməsidir.

25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə oyunçu azad agent statusu alacaq.

Futbolçunun xidmətində maraqlı olan komanda isə "Kolos"dur. Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən kollektiv avrokuboklar öncəsi heyətini gücləndirmək istəyir. Hücum xətti üçün nəzərdə tutulan əsas namizəd isə Nuriyevdir.

Qeyd edək ki, Anatoli Nuriyev bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vurub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top