"El-Klassiko"nun qalibi liderliyə yüksəldi

İDMAN 11 apr 2021, 08:46
İspaniya La Liqasında "El-Klassiko" baş tutub.

Demokrat.az
xəbər verir ki, 30-cu turda "Real" Madriddə əzəli rəqibi "Barselona" ilə qarşılaşıb. 

Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb (2:1).

Belə ki, Madrid klubu ilk hissədə vurduğu iki qolla oyunun taleyini həll edib. 

Bununla da, "Real" turnir cədvəlində 66 xalla "Atletiko"ya şərikli lider olub. Ancaq "Atletiko"nun ehtiyatda bir qarşılaşması var. "Barselona"nın isə 19 oyunluq məğlubedilməzlik seriyası qırılıb. Hazırda Kataloniya klubu 65 xalla 3-cü pillədə qərarlaşıb. 

"Real" - "Barselona" - 2:1
Qollar:
Benzema 13 (1:0), Kross, 28 (2:0), Minqueza, 60 (2:1)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top