Orta məktəbin həyətində həmkəndlisini qayçı ilə doğradı, evində gizlətdi — Yevlaxda dəhşətli cinayət

KRİMİNAL 30 mar 2021, 10:40
Yevlax rayonunda 1996-cı il təvəllüdlü Əli ilə həmkəndlisi Asifin arasında pul borcu mübahisəsi qanlı olayın baş verməsi ilə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Aşağı Qarxun kəndində yerləşən orta məktəbin həyətində baş verib.

Əli Asif ilə aralarında 10 manata nisyə satdığı istintaqla müəyyən edilməyən mobil telefonun pulunun verilməməsinə görə, mübahisə edib.

Mübahisə zamanı Əli yaşadığı evinin həyətində olan stolun üstündən əvvəlcədən götürdüyü dəmir qayçı ilə Röyalın boyun və qalça nahiyəsinə ümumilikdə iki dəfə vurub.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2020-ci ilin iyulun 10-da Röyala 10 manata nisyə mobil telefon satıb: “Asif yaxın vaxtda həmin pulu verəcəyini bildirdi. Bundan bir müddət sonra yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən ərzaq mağazasının qarşısında Asif ilə görüşdüm. Ondan pulunu istədim. Asif pulu olmadığı üçün verə bilmədiyini, yaxın vaxtda verəcəyini bildirdi. Asifə gözləməsini, mağazadan aldığım əşyaları evə qoyaraq qayıdacağımı bildirdim. Mağazadan aldığım əşyaları evə qoyaraq stolun üstündə olan qırılmış vəziyyətdə olan qayçını götürərək geri qayıtdım. Qayçını götürməkdə məqsədim özümü qorumaq olub”.

Əli qeyd edib ki, Asiflə birlikdə söhbət etmək üçün Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən orta məktəbin arxasına, stadionun yanına gediblər: “Stadionun yanında yenidən telefonun pulunun verilməsi üstündə Asiflə danışmağa başladım. Asiflə danışan zaman aramızda mübahisə yarandı. Sözlərimiz uyğun gəlmədi və Asif məni qolundan tutaraq sıxdı. Mən də sağ əlim ilə şalvarımın kəmərinin altında saxladığım qayçını çıxararaq ilk öncə onun boyun nahiyəsinə, daha sonra qarın nahiyəsinə ümumilikdə qayçı ilə 2 zərbə vurdum. Asifi vurduqdan sonra onun boynundan və qarnından qan axdığını gördüm, şoka düşdüm. Asifin qoluna girərək onu evinə apardım. Asifi vurduğum qayçını evin hazır olmayan otağında olan dəmir borunun içinə atdım. Evinin otaqların birində Asifi çarpayıya uzadaraq onun yaralarını əski ilə sildim. Asifin qanaxmasının çoxaldığını gördüm və Yevlax şəhərinə gəldim. Qanaxmanı dayandıran dərmanlardan alaraq  yenidən evə qayıtdım. Həmin dərmanları Asifin yarasının üstünə qoydum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat təxminən 23.30-da evdə olan zaman Asifin mobil telefonla danışdığını görüb: ”Asifdən kiminlə danışdığını soruşdum. Asif atası ilə danışdığını və atasını çağırdığını bildirdi. Biraz sonra Asifin atası bizə gəldi. Asifi götürərək xəstəxanaya apardı”.

Əli qeyd edib ki, növbəti gün, saat təxminən 03 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlib: “Məni polis şöbəsinə apardılar. Zərərçəkmiş şəxs ilə barışmışam. Tutduğum əməldən peşmanam”.

Əlinin barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan iclasda araşdırma aparılıb və sonda hökm elan edilib.

Əli 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top