Gürcüstan konstitusiyasına dəyişikliklər tələb edilir

DÜNYA 05 mar 2021, 18:02
Gürcüstanın Konstitusiyasına dəyişikliklərin edilməsi tələb olunur.

"Report"un yerli bürosu xəbər verir ki, bu təşəbbüslə ölkə müxalifəti çıxış edib.

Müxalifət partiyaları hesab edirlər ki, qüvvədə olan ölkənin ana qanunu əsas çağırışlara cavab vermir.

Təşəbbüslə bağlı memorandumda qeyd olunub ki, Gürcüstanda xalqın eribar edəcəyi institutların yaradılması üçün vətəndaşların iştirakı ilə fundamental konstitusion dəyişikliklər tələb olunur.

Sənədi müxalifət partiyaları ilə yanaşı, ictimai təşkilatlar da imzalayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top