Abşeronda evə sərxoş gələn kişidən arvadına qarşı dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 01 mar 2021, 14:21
Abşeron rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Ülfət Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Ülfət Baxışov Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində kirayədə yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı Zibalə Allahyarovanın bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə vuraraq, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Ülfət Baxışovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülfət Baxışov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Zibalə ilə 2017-ci ilin avqust ayından evlənib, birgə nikahlarından övladları yoxdur: “Ailəmizdə baş verən çoxsaylı mübahisələrin səbəbi mənim spirlti içki qəbul etməyidir. Zibalə spritli içki qəbul etməyimə etiraz edir, bu səbəbdən də aramızda mübahisələr yaranır. Mübahisələr vaxtı isə əsəbiləşərək, Zibaləni vururam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu məlum hadisə baş verən günü, gecə saat 23 radələrində sərxoş vəziyyətdə evə gəlib: “Evdə Zibalə yenə mənim spirtli içki qəbul etməyimə görə irad bildirərkən aramızda münaqişə yarandı. Münaqişə zamanı dalaşdıq. Həmin vaxt Zibalənin bədəninin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri vurdum. Zibalə də mənim bədənimin müxtəlif nahiyyələrini cırmaqlamaqladı. Əməlimdən peşmançılıq çəkirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zibalə Allahyarova bildirib ki, hadisə günü evə sərxoş gələn Ülfətə iradını bildirib: “Mübahisə vaxtı Ülfət məni döydü. Ülfət yumruqla başıma dörd dəfə zərbə vurdu, sonra isə başımı dəfələrlə divara çırpdı. Həmin vaxt burnumdan xəsarət aldım. Özünü ələ ala bilməyən Ülfət qolumu sıxmaqla, təpiklə ayaqlarımdan, yumruqla və əlinin içi ilə kürəyimdən vurdu. Hadisə kirayə yaşadığımız evdə olub. Həmin vaxt yaxınlıqda heç kim olmayıb”.

Zibalə Allahyarovanın sözlərinə görə, təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti yoxdur.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Ülfət Baxışov 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top