Nişanlanan azyaşlının valideynləri Gürcüstan polisinə çağırıldı


HADİSƏ 01 mar 2021, 13:42
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, saytımıza açıqlama verən qızın yaxınları bildirib ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb.

Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.

Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib.(unikal.org)
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top