Böyük Dəbilqə: Daha 5 cüdoçumuz mübarizəyə başlayır

İDMAN 20 fev 2021, 10:40
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq.

Demokrat.az xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Orelyen Disslə (Fransa) üz-üzə gələcək.

100 kq-dakı Zelim Kotsoyev 1/16 finalda Boris Georgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə İoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq.

+100 kq çəkidəki Uşangi Kokauri Ben Spiykersin (Niderland), Camal Feyziyev Serafim Kompanyesin (İsrail) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top