Aqil Abbas: "İranın adını çəkdiyimə görə, xahiş edirəm mənə töhmət verməyin"

GÜNDƏM 12 fev 2021, 14:21
“Elə olur ki, birdən yolumuz həbsxanaya düşür, orada görüşlər olur. Bu zaman şahidi oluruq ki, ətrafımıza toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik. Ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir”.

Demokrat.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə çıxış edərkən deyib. 

Onun sözlərinə görə,  Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır: 

"Təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burda çəksinlər. İranın adını çəkirəm. Xahiş edirəm buna görə mənə töhmət verməyin”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə deputata cavab olaraq  bildirib ki, İran sözünə görə kiməsə töhmət verilməyib.(modern.az​​​)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top