Türkiyə-Pakistan birgə təlimləri başladı — VİDEO


DÜNYA 09 fev 2021, 15:09
Türkiyə ilə Pakistan arasında bu gün başlayan “Atatürk Təlimləri 2021” birgə hərbi təlimlər üç həftə davam edəcək.

“Anadolu” agentliyi bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin (ISPR) açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, təlimlər Pakistanın Heybər Pahtunva əyalətinin Tarbela bölgəsində keçirilir.

Təlimlərin iki qardaş ölkə arasındakı əlaqələri daha da gücləndirəcəyi qeyd edilir.

Türkiyə-Pakistan hərbi təlimləri 1998-ci ildən bəri iki ölkə arasında növbə ilə həyata keçirilir. Təlimlər Türkiyədə icra edildiyi zaman “Cinnah Təlimi”, Pakistanda icra edildiyi vaxt “Atatürk Təlimi” adlandırılır.



Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top