Türkiyə Superliqasında üçhakimiyyətlilik

İDMAN 07 fevral 2021, 22:52
“Beşiktaş” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında “Konyaspor”la qarşılaşıb. “Qara-qartallar” matçın 21-ci dəqiqəsindən azlıqda qalmasına baxmayaraq, 81-ci dəqiqədə qol vuraraq 1:0 hesablı qələbə qazanıb.

“Beşiktaş” – “Konyaspor” – 1:0
Qol: Rosyer, 81
Qırmızı vərəqə: Fabrike Nskala, 21 (“Beşiktaş”)

Bu qələbə ilə xallarını 48-ə çatdıran “Beşiktaş” 2-ci pilləyə yüksəlib. Lider “Qalatasaray” və 3-cü pillədə olan “Fənərbaxça”nın da 48 xalı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top