Lütfi Zadənin 100 illiyinə həsr olunmuş videokonfrans təşkil edildi — FOTOLAR

DİASPOR 06 fev 2021, 16:44
Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş videokonfrans keçirilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.

Videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Elşad Əliyev, Valeh Hacıyev, Vaqif Seyidbəyov, Azərbaycan, Türkiyə, Yaponiya, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Avstraliya, Niderland və digər ölkələrdə yaşayan azərbaycanlı elm xadimləri, Azərbaycan diaspor təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Lütfü Zadənin ömür yoluna və elmi yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Moderatorlar R.Əliyev və O.Hüseynov bildiriblər ki, Lütfi Zadə dünya elmini dəyişən şəxsiyyətdir. Onlar alimin elmi yaradıcılığı barədə ətraflı məlumat veriblər. Onun riskli və gözlənilməz addım ataraq fundamental nəzəriyyələri ilə elmdə ciddi dəyişikliklərə yol açdığı vurğulanıb.

Lütfi Zadəni bütün zamanların dahisi adlandıran natiqlər bildiriblər ki, görkəmli həmvətənimiz elmdə prinsipiallığı ilə seçilib, Aristotel məntiqini genişləndirərək, ortaya fərqli nəzəriyyə çıxarıb. Lütfi Zadənin nəzəriyyələrinin Yaponiyaya və digər ölkələrə töhfələr bəxş etdiyi, intellektual robotların yaranmasına təkan verdiyi diqqətə çatdırılıb.

 






Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top