Nura Suri qiymət artımı barədə: “Hamımız birlikdə məhv olacağıq“

ŞOU-BİZNES 04 fev 2021, 23:51
Müğənni Nura Suri qiymət artımından şikayətlənib.

Demokrat.az
xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan ifaçı suyun qiymətinin artırılmasına etiraz edib:

"Bir çox insanın sahəsini suvarmağa imkanı çatmayacaq. Ağaclar məhv olacaq. Meyvələrin qiymətinə təsir edəcək. Əkinçilərin işi çətinləşəcək.

Pandemiya səbəbiylə insanların maddi vəziyyəti onsuz da yaxşı deyildi, indi daha da çətinləşəcək. Benzinin və suyun qiymətinin qalxması hamımıza təsir edəcək. Tarif Şurası verdiyi bu qərarı necə əsaslandırıb? Ağaclar öldükcə, hamımız onlarla birgə məhv olacağıq". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top