OPEC+ monitorinq komitəsinin iclası tövsiyəsiz yekunlaşdı

İQTİSADİYYAT 03 fev 2021, 21:09
OPEC+ nazirlərinin monitorinq komitəsinin bugünkü iclası mart ayı üçün neft hasilatı həcminə dair hər hansı bir tövsiyə olmadan başa çatıb.

Bu barədə TASS OPEC-dəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, nazirlər neft bazarındakı cari vəziyyətlə bağlı OPEC katibliyinin hesabatını müzakirə edib və hasilat kvotası üzrə tövsiyələri aşan ölkələri izafi neft hasilatını kompensasiya etməyə çağırıblar.

Bir saatdan artıq davam edən görüşdə mart ayı üzrə neft hasilatı kvotası ilə bağlı heç bir tövsiyə xarakterli qərar qəbul olunmasa da, martın 3-də monitorinq komitəsinin, martın 4-də isə artıq nazirlərin görüşünün keçiriləcəyi dəqiqləşdirilib.

Məhz sonuncu tədbir zamanı aprel üzrə hasilat barədə qərarın qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, OPEC+ nazirlərinin monitorinq komitəsinə sazişdə iştirak edən 23 ölkədən 8-i daxildir. Rusiya və Səudiyyə Ərəbistanının başçılıq etdiyi komitənin əsas funksiyası razılaşmaya əməl olunmasına nəzarət etməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top