"Məmurlar, Allahlıq iddiasındadır"


SOSİAL 02 fev 2021, 23:23
“Bu məmurlar Allahlıq iddiasındadır. İnsanda bu qədər tamah, pul yığmağa meylmi olar? Vəzifəyə təyin olunan insanlar hamısı pul yığmaq üçün gəlirlər”

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov ölkə başçısının məmurlarla bağlı çıxışını dəstəklədiyini bildirib:

“Ölkə başçısının məmurlarla bağlı çıxışına mən də baxdım. Vallah prezident düz deyir. O, deyir ki, xalqı incidən bütün məmurlar işdən azad olunmalıdır. Bu məmurlar Allahlıq iddiasındadır. İnsanda bu qədər tamah, pul yığmağa meylmi olar? Vəzifəyə təyin olunan insanlar hamısı pul yığmaq üçün gəlirlər. Nə dövləti, milləti, nə də xalqı düşünən yoxdur. Bunların məqsədi odur ki, yalnız pul yığmaq. Pulu da aparıb çürüdürlər. Bu məmurların heç birini işğaldan azad edilən torpaqlarımıza qoymaq lazım deyil. Ölkə başçısının hər şeydən xəbəri var, bunu ona məruzə edirlər. Prezident bu məmurların hamısını bir-bir vəzifədən uzaqlaşdıracaq. Bu ölkə düzəlməlidir, başqa cür mümkün deyil. Bunun üçün isə biz də ölkə başçısına kömək etməliyik, ona dəstək olmalıyıq”.

R.Mahmudov koronavirus yoluxduğu dövrdə insanların ona olan diqqətindən də danışıb və təşəkkürünü bildirib:

“Mən xəstəxanada olanda çoxlu zənglər olurdu. Bütün insalara öz təşəkkürümü bildirirəm. Çoxlarına cavab verə bilməmişəm, çünki həkimlər telefonu əlimdən alırdı, danışmağa icazə vermirdi. Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Deputatlarımızdan da zəng vuranlar olurdu, onlara da təşəkkür edirəm. Mənim üçün bu hörmət hər şeydən vacibdir. Var-dövlət boş-boş şeylərdir. Xəstəlik dövründə məni gah öldürdülər, gah diriltdilər. Daha sonra isə zəng vururdular. Mən də dedim ki, ay qardaş, o dünyadayam, yerim əladı”. (Gülür)

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top