Tərtərdə minaya düşən traktorçu: “Əlim, üzüm qan içində idi” — VİDEO

HADİSƏ 28 yan 2021, 20:25
“Traktorla işləyirdim. Həm də telefonla danışırdım. Birdən partlayış baş verdi. Ətrafı qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. Əvvəlcə əllərimi və ayaqlarımı yoxladım. Gördüm ki, ciddi yaram yoxdur. Amma əlim-üzüm qan içində idi”.

Bunu Trend-ə Tərtərdə minaya düşən traktorçu Elgün Ələkbərov deyib. O, traktorla torpaq şumlayarkən tank əleyhinə minaya düşdüyünü bildirib: 

“Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən yaralanmışam. Özüm ayağa qalxdım, yaxınlıqda sahənin aqronomu vardı. Onun yanına getdim, o da məni xəstəxanaya çatdırdı”.

Xatırladaq ki, Tərtər rayonunun işğaldan azad olunmuş Qızıl oba kəndinin ərazisində traktor minaya düşüb. Nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top