Azərbaycanda dəhşətli qəza: Ölən var — VİDEO


HADİSƏ 25 yan 2021, 13:05
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 24-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurub.

Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Bağırov isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Demokrat.az

 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top