Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşdi — FOTO

İDMAN 24 yan 2021, 23:02
Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.

Demokrat.az xəbər verir ki, turnir 1/8 final mərhələsi ilə başlayıb.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçı Bakıda oynanılıb.

“Səbail” öz meydanında birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib.

Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Aftandil Hacıyevin yetirmələri növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq. 1/4 final görüşləri fevralın 1-2 və 6-7-də keçiriləcək.

Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)

“Səbail” – “Zaqatala” - 3:2

Qollar: Amil Yunanov, 26, (pen.), Adil Nağıyev, 62, Əfran İsmayılov, 84 - Roini İsmayılov, 31, 40

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top