İqtisadçı nədən Azərbaycanın uğurlarını kiçildir? — Qubad İbadoğluya CAVAB

İQTİSADİ 08 yan 2021, 22:09
Bu yazını yazmamaq da olardı. Lakin Qubad İbadoğlunun feysbuk hesabında yazdığı statusunu gördükdə, iqtisadçının qərəzliliyi bir daha diqqətimi çəkdi. O səbəbdən özünü iqtisadçı adlandıran bu şəxsin əslində Dünya Bankının "Doing Business 2020" hesabatına bu cür qeyri-peşəkar və qeyri-obyektiv yanaşmasına dayana bilmədim. 

Qubad bəy, statusunuzda 20 islahatçı ölkənin siyahısını yayımlayır və siyahıda zəif inkişaf etmiş bir sıra ölkələrin də yer almasını bəhanə edərək, Azərbaycanın əldə etdiyi uğurları kiçiltməyə cəhd göstərirsiniz. Lakin kifayət qədər məlumatlı olsaydınız bilərdiniz ki, Dünya Bankının “Doing Business” hesabatının metodologiyasına əsasən reytinq siyahısında öncül mövqedə qərarlaşan ölkələrin “top islahatçı” ölkələrə siyahısında yer alması imkanları çətinləşir. Bu baxımdan reytinq siyahısında uyğun olaraq, 168, 97, 80, 69-cu yerlərdə qərarlaşmış Banqladeş, Toqo, Qırğızıstan, Özbəkistan və s. kimi ölkələrin “top islahatçı” ölkələr siyahısına düşməsi imkanları çoxdur. Çünki bu ölkələrdə müvafiq istiqamətlərdə islahat aparılası istiqamətlər və boşluqlar da kifayət qədərdir. Lakin ilk mövqelərdə yerləşən ölkələrdə əksər iqtisadi prosedurlar Dünya Bankının reytinq siyahısında artıq təsdiq edildiyi üçün, bu ölkələrin yenidən əlavə islahat aparması imkanları da xeyli çətin və məhduddur. Bu baxımdan Azərbaycanın dünya miqyasında biznes mühitinin əlverişliliyinə görə ilk 30 ölkədən biri kimi yenidən ilk “top 10 islahatçı” ölkə kimi seçilməsi dünya miqyasında azsaylı nümunələrdəndir.

Statusunuzda həmçinin qeyd edirsiniz ki, Azərbaycan ən islahatçı on deyil, iyirmi ölkədən biridir. 
No description available.
Lakin təəccüblüdür ki, Siz nədənsə Dünya Bankının özünün açıqladığı sonuncu rəsmi məlumatları unudursunuz. Belə ki, Dünya Bankı 16 dekabr 2020-ci il tarixində açıqladığı rəsmi bəyanatında Azərbaycanın 2020-ci il üzrə “top 10 islahatçı ölkə” arasında olduğunu qeyd edir. 
No description available.
Belə ki, Dünya Bankı Qrupu bu nəticəyə “Doing Business” hesabatındakı qiymətləndirmə prosesindəki səhvlər barədə apardığı daxili auditinin nəticələri əsasında gəlmiş və Azərbaycanın mövqeyini ən islahatçı on ölkədən biri kimi təsdiq etmişdir. Əlbəttə ki, hesabat 2020-ci ilə aid olduğu üçün Dünya Bankı reytinq siyahısında həmin göstəricini köhnə tarix üzrə dəyişə bilməzdi. Lakin Azərbaycanın mövqeyinin faktiki olaraq ən islahatçı on ölkədən biri kimi təsdiq etmişdir. Göründüyü kimi, burada da səhvə yol verirsiniz.

Link:  https://www.worldbank.org/en/news/statement/2020/12/16/world-bank-group-statement-on-doing-business-data-corrections-and-findings-of-internal-audit

No description available.
Eyni zamanda, öz statusunuzda Prezident İlham Əliyevə düzgün məlumat verilmədiyini iddia edirsiniz. Lakin Siz də bilməlisiniz ki, cənab Prezidentin peşəkar kadrlardan ibarət komandası mövcuddur və məlumatlar da doğru formada təqdim olunur. Belə ki, “Doing Business” hesabatı və digər beynəlxalq hesabatlarla cənab Prezidentin özünün yaratdığı “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” məşğul olur və çoxsaylı dövlət qurumlarının ən peşəkar nümayəndələrini özündə cəmləşdirmişdir. Ardıcıl iki dəfə dünya miqyasında nadirən olaraq Azərbaycanın ən islahatçı on ölkədən biri kimi seçilməsi fikrimcə Prezident İlham Əliyevin komandasının peşəkarlığına ən yaxşı sübutdur.

Əli Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top