Banklar kredit kartlarında limit tətbiq edir?

İQTİSADİ 12 avqust 2025, 17:45
Ölkədə fəaliyyət göstərən banklar kredit kartlarına limit tətbiq edir. Belə ki, artıq vətəndaşlar bu kartlar vasitəsilə bir neçə fərqli bankdan eyni anda aylıq əməkhaqqlarının müəyyən misli qədər kredit əldə edə biləcəklər.

Bununla bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, son zamanlar istehlak kreditlərinin həcmi həddindən artıq artıb:

“İstehlak kreditlərinin, eləcə də bu kreditlərdəki problemli kreditlərin həcmi də artıb. Yəni hər ay demək olar ki, istehlak kreditlərinin geri qaytarılması ilə bağlı problemlər artır. Bu da onu deməyə əsas verir ki, problemli kreditlərin həcmi genişlənir. Ona görə də Mərkəzi Bank belə bir regulativ akt qəbul etməklə istehlak kreditlərində yaranan riskləri sığortalamağa çalışır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top