Nura Suri: “Siz məni söydükcə özümə güvənim artır”

ŞOU-BİZNES 19 dek 2020, 12:05
“Bəzi səhifələr şəkillərimdən, statuslarımdam istifadə edib özlərinə reytinq yığırlar. Ruslar "xayp" deyir buna. Birincisi, bütün şəkillərim səhifələrimdən  götürülüb. Yəni ki, hansısa cılız ağıllarına uyğun saxta profilli saxta insanlar öz aləmlərində guya məni açıq-saçıq şəkillərimə görə tənqid, təhqir edirlər və düşünürlər ki, mənə bir təsiri olacaq”.

Demokrat.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

N.Suri bildirib ki, XXI əsrdə hələ də insanların açıq-saçıq fotolarında əxlaqsızlıq axtarırlar: “Gülünc görünürsünüz, çox acizsiniz. Rüşvət almaq, vermək əxlaqsızlıqdır. Kiminsə qızına, bacısına, anasına, həyat yoldaşına əxlaqsız gözüylə baxan, qeybət edən, şər atan, bilmədiyini danışıb böhtan atan, öz problemlərində özündən başqa hamıda günah axtaranlardır əxlaqsız və həm də tam bağlı geyimdə edirlər bu əxlaqsızlığı. Mənə söz atmaqla sadəcə mənə çatmaq istəyirsiniz. Mənim kimi mərd və qoçaq olmaq istəyirsiniz (təvazökar deyiləm, olmaq da istəmirəm), ola bilmirsiniz deyə zəhərləyirsiniz ki, bəlkə sözlərinizlə öz səviyyənizə salasınız. O da mümkünsüz bir haldır. Həyata, insanlara baxışım, yanaşmam fərqlidir. Mən sizin kimi olmamışam heç vaxt, ola da bilmərəm. Məni sevməmək sizin haqqınızdır. Beyniniz mənim kimi fərqli insanları həzm edə bilmir. Siz məni söydükcə özümə güvənim artır. Mənə bu həzzi yaşatdığınız üçün təşəkkür edirəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top