Şəhriyar Məmmədyarov koronavirusa yoluxub

İDMAN 18 dek 2020, 18:21
Şahmatçımız Şəhriyar Məmmədyarov "Tata Steel" beynəlxalq turnirində imtina etməsinin səbəbini açıqlayıb.

Demokrat.az
-ın məlumatına görə, qrossmeyster koronavirusa yoluxduğundan bu qərarı vermək məcburiyyətində qalıb.

Ş.Məmmədyarov sosial şəbəkə hesabında bunları yazıb:

"Əziz dostlar və şahmatsevərlər!

Tata Steel Şahmat Turnirində əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bİr çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVİD - 19 virusuna yoluxmuşdum. Bİr müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım. Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm, amma buna baxmayaraq hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Jeroen Van Den Berg-dən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.  
Ümüdvaram ki , hələ də Tata Steel Şahmat Turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarım ilə sevindirmək imkanım olacaq.

Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.

Hamınız xoşbəxt və sağlam olun!"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top