Azərbaycan Premyer Liqasında koronavirusa yoluxma sayı 100-ü ötdü


İDMAN 15 dek 2020, 19:14

Azərbaycan Premyer Liqasında çıxış edən klublarda koronavirusa yoluxmuş futbolçuların əksəriyyəti sağalıb.

Demokrat.az xəbər verir ki, hətta "Zirə" və "Qəbələ"də aktiv xəstə qalmayıb.

Amma bununla yanaşı, komandalarda yeni yoluxmalar qeydə alınıb. Koronavirusdan ən çox əziyyət çəkən klub isə "Sumqayıt"dır. Lakin klub rəsmiləri onların adlarını açıqlamayıblar.

Premyer Liqa klublarında koronavirusla bağlı son statistikanı təqdim edirik:

"Qarabağ"

Sağalanlar: Qurban Qurbanov (baş məşqçi), Elvar Quliyev (tərcüməçi), Maksim Medvedev, Rahil Məmmədov, Musa Qurbanlı, Mahir Emreli, Kevin Medina, Emil Balayev, Qara Qarayev, İsmayıl İbrahimli, Toral Bayramov, Abbas Hüseynov

Aktiv xəstələr: Şahruddin Məhəmmədəliyev, Xayme Romero, Zamiq Əliyev.

"Zirə"

Sağalanlar: Eltun Yaqublu (köməkçi-məşqçi), Ali Sesay, Klesio Bauk, Kərim Diniyev.

Aktiv xəstə - yoxdur.

"Neftçi"

Sağalanlar: Prins İbara, Emin Mahmudov, Mirabdulla Abbasov, Cabir Əmirli, Anton Krivotsyuk, Samir Abasov (baş məşqçi), Vəfadar Quliyev və Seymur Rəhimov (hər ikii köməkçi məşqçi), Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mboc, Fəhmin Muradbəyli, Asim Əlizadə.

Aktiv xəstələr: Kamran İbrahimov, Sabir Buqrin, Bruno Teluşi, Fərid İsgəndərov.

Yeni yoluxma: Stiven Monroz.

"Sumqayıt"

Yoluxanlar: Mehdi Cənnətov, Aydın Bayramov, Vurğun Hüseynov, Tellur Mütəllimov, Rəhim Sadıqov, Adəm Həmati, Hüseynəli Quliyev, Camələddin Xocaniyazov, Xəyal Nəcəfov, Vüqar Mustafayev, Nurlan Quliyev, Elvin Bədəlov, Kərəm Sultanov, Eltun Turabov, Elvin Məmmədov, Murad Xaçayev, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Cavid İmamverdiyev

Sağalanlar: Səbuhi Abdullazadə, Cavid İmamverdiyev (digər 7 nəfərin adları açıqlanmır)

Aktiv xəstələr: 10 nəfər (adları açıqlanmır)

"Keşlə"

Sağalanlar: Stanislav Namaşko, Vüsal İsgəndərli, Rəhman Hacıyev, Sezar Meza Kolli, Kamal Bayramov, Şəhriyar Əliyev, Xəzər Mahmudov, Rail Məlikov, Rafael Məhərrəmli, Tural Axundov, Tərlan Quliyev, Rəşad Sadiqov, Zaur İsmayılov (məşqçi).

Aktiv xəstələr: Miyuşko Boyoviç, Con Kamara, Turan Vəlizadə.

"Qəbələ"

Sağalanlar: Merab Giqauri, Ülvi İskəndərov, Ceyms Adeniyi, Rasim Ramaldanov, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev, Murad Musayev, Tərlan Əhmədli

Akiv xəstə: yoxdur.

"Sabah"

Sağalanlar: Ceyhun Nuriyev, Elşən Abdullayev, Abbas Ağazadə, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Yevgeni Koçuk, Xulio Sezar Rodriges, Kevin Kubemba, Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov.

Aktiv xəstə: Məhəmməd Mirzəbəyov.

Yeni yoluxma: Ulise Diallo.

"Səbail"

Sağalanlar: Mahir Ələsgərov (həkim), Kamal Qurbanov, Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev, Kamran Ağayev, Rauf Əliyev

Aktiv xəstələr: Arsen Ağcabəyov, Orxan Qurbanlı.

Son göstəricilərə əsasən, indiyədək 8 klubda ümumilikdə 104 nəfər koronavirusa yoluxub. Onlardan 25-i aktiv xəstələrdir.(report.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top