Ərdoğan: Hər sahə üzrə güclənərək 2023-cü il hədəflərimizə doğru irəliləyirik

DÜNYA 22 noy 2020, 19:02

Ötən 18 il və gələcəyə baxdığımızda millətimizin yeganə ümidinin Ədalət və İnkişaf Partiyasına olduğunu görürük. Hər sahə üzrə güclənərək 2023-cü il hədəflərimizə doğru irəliləyirik.


Övladlarımıza miras olaraq güclü bir Türkiyə qoyacağıq. Bizim heç bir ölkənin siyasi və ərazi bütövlüyü ilə bağlı problemimiz yoxdur. Məzlum və zərər çəkənlərin yanında durmaq bir cinayətdirsə, onda bəli biz günahkarıq.

 

Demokrat.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İsparta, Burdur, Gümüşhane, Kastamonu və Sinop vilayətlər təşkilatlarının yeddinci konfransında deyib.


Ölkədə pandemiya ilə bağlı son vəziyyətə toxunan Prezident Ərdoğan deyib: “Pandemiya dövrü ərzində özümüzlə birlikdə, bütün dostlarımıza kömək etdiyimiz bir mühit yaratdıq.


İnsanların hərəkətini mümkün olduğu qədər azaldaraq virusun yayılma tempini də azaldacaq tədbirlər aldıq. Qadağalara riayət edilməzsə əlavə tədbirlər almaq məcburiyyəti ilə qarşı-qarşıya qala bilərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top