Tbilisidə girov götürülənlər azad olundu

DÜNYA 20 noy 2020, 21:01

Tbilisinin Tsereteli prospektində yerləşən "MBC" mikromaliyyə təşkilatının filialının binasından bütün girovlar buraxılıb, hücum edən şəxs saxlanılıb.

 
Demokrat.az
xəbər verir ki, bu barədə sosial şəbəkədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Qiorqobiani yazıb.
 

Xatırladaq ki, yerli vaxtla saat 16:00 radələrində silahlı şəxs "MBC" mikromaliyyə təşkilatının Tbilisinin Tsereteli prospektində yerləşən filialına basqın edərək 11 nəfəri girov götürüb.

 
Daxili İşlər Nazirliyi qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə və soyğunçuluq hadisəsi ilə bağlı istintaqa başlayıb. /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top