Ronaldonun koronavirus testi yenə müsbət çıxdı

İDMAN 22 okt 2020, 17:21

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun koronavirus testinin nəticəsi yenidən müsbət olub.


"Report" "Correio de Manha" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu karantində qalmağa davam edəcək.


Forvard UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İspaniya "Barselona"sı ilə 29 oktyabr görüşünü buraxacaq. Bunadək isə Turin təmsilçisi oktyabrın 25-də A Seriyası matçında "Verona"nı qəbul edəcək.


Qeyd edək ki, Kriştianu Ronaldoda koronavirus oktyabrın 13-də aşkarlanıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top