Bakının Binəqədi rayonunda orta yaşlı kişini başına küt alətlə vuraraq döyüblər.
Demokrat.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
1979-cu il təvəllüdlü Məmmədbağırov Elmar Əkbər oğlu naməlum şəxslə dava edib.
Dava zamanı onun baş nahiyəsinə çəkiclə vurublar.
O, xəstəxanaya yerləşdirilib.(apa.az)