Bankın həbsdə olan müdiri və əməkdaşları azadlıqda — ÖZƏL

KRİMİNAL 23 mart 2020, 11:14

Lisenziyası ləğv edilən “Zaminbank” ASC-nin Qazax filialının müdiri vəzifəsində işləmiş Məzahim Mirzəyev, filialın əməkdaşları Mehman Mirzəyev və Ramin Səməndərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın xəbərinə görə, Qazax rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.


Təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 il şərti cəza təyin olunub. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.


Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hölmünün çıxarılmasını istəyiblər.


Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Elçin Xasməmmədovun icraatına verilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə vurulan zərər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilirlər.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 23:56
Top